Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası tarixində 3-cü dəfə Avropa çempionu olub.
İdmanxeber.com-un məlumatına görə, komandamız bu il keçirilən Avropa çempionatının sonuncu turunda Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib – 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan olunub. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.
Qeyd edək ki, Azərbaycan yığması bundan əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.