Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Adana Demirspor növbəti oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, Adana təmsilçisi “İstanbulspor”la qarşı-qarşıya gəlib. “Mavi şimşəklər” 2-0 önə keçməyinə baxmayaraq hesabı qoruya bilməyib və sonda bərabərliyə razı olub.
Görüşə start heyətində başlayan Şahruddin 90 dəqiqə meydanda qalıb və 2 qol buraxıb.
Türkiyə Süperliqasında son 4 görüşün üçündə heç-heçə “Adana Demirspor” Türkiyə Süperliqasında 29 xalla 5-ci yeri tutur.