Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” klubu Türkiyə Superliqasında növbəti matçına çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda səfərdə “Beşiktaş”la qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.
Şahruddin bu oyunda çıxışı ilə komandasının ən yaxşılarından olub.