“Qarabağ”ın Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Turan Tovuz”la matçında (2:0) zədələnən qapıçısı Şahruddin Məhəmmədəliyevin durumu normaldı.
İdmanxeber.az xəbər verir ki, bu barədə qapıçı özü sosial şəbəkədə paylaşım edib. O, instaqram hesabında bunları yazıb:
“Mənə görə narahat ola hər kəsə təşəkkür edirəm. Mən yaxşıyam. Təşəkkürlər, Tovuz”.
Xatırladaq ki, qolkiper “Turan Tovuz”a qarşı matç bitkindən sonra meydanı xərəkdə tərk edib.