09 Sentyabr 2024
Ölkə futbolu

Şahruddin Məhəmmədəliyev: “Hətta zarafatlaşdılar ki, İlham Əliyev qolumu sındırıb”

Azərbaycan milli komandasının və “Qarabağ”ın qapıçısı Şahrudin Mğhəmmədəliyev prezident İlham Əliyevin əlini sıxmasından danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli qolkiper prezidentlə görüşü barədə Rusiya mətbuatına maraqlı açıqlama verib:

“Prezidentin güclü əl sıxması varmı? Bəli, çox güclü. Hətta zarafatlaşdılar ki, qolumu sındırıb. Sizin oyununuzu ölkə prezidenti qeyd edəndə çox xoşdur. O, mənim oyun tərzimi qeyd etdi. Futbol oynamağı dəyərli edən an budur”.

2023-cü il dekabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Konfrans Liqasının pley-off mərhələsinə yüksəlmiş “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43