18 Oktyabr 2024
Dünya futbolu

Şahruddin “Qalatasaray”a qarşı əsas heyətdə yer alacaq

Türkiyə Super Liqası 15-ci turunda azərbaycanlı futbolçu Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” səfərdə “Qalatasaray”la qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə mətbuatı millimizin üzvünün bu görüşdə də əsas heyətdə yer alacağını bildirib. Şahruddin ötən tur “Samsunspor” matçında da oyuna ilk “11-liy”də başlamış və qapısında 3 qol görmüşdü.

Xatırladaq ki, “Qalatasaray” – “Adana Demirspor” matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43