Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin şərəfini qoruduğu “Adana Demirspor” Türkiyə Superliqasında növbəti oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Adana təmsilçisi səfərdə “Qalatasaray”la qarşılaşıb və məğlub olub – 1:3.
Şahruddin start heyətdə yer alıb və sona kimi oynayıb. Təcrübəli qolkiper “Qalatasaray”la oyunda 4 seyv edib.
“Qalatasaray” hazırda 40 xalla 1-ci, “Adana Demirspor” isə 23 xalla 5-ci pillədə qərarlaşıb.