Türkiyə Super Liqası 26-cı turunda Şahruddin Məhəmmədəliyevin qapısını qoruduğu “Adana Dəmirspor” səfərdə “Alanyaspor”la qarşılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü görüşün ilk hissəsində növbəti dəfə səhv edərək komandasının qol buraxmasına səbəb olub. Fasilə zamanı isə baş məşqçi Hikmət Karaman onu Vedat Karakuşla əvəzləyib.
Adana klubu qarşılaşmada 0:2 geriyə düşsə də, məğlubiyyətdən qurtula bilib – 3:3