“Liverpul”un futbolçusu Muhammed Salah növbəti dəfə komandadan ayrılacağı barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, misirli oyunçu “Mançester Siti” görüşünün (2:0) ardından açıqlama verib. O, “qırmızılar”dan ayrılacağını istisna etməyib:
“Müqavilə uzatmaq beynimin içindədi. Ancaq bu ana qədər “Enfild”də oynadığım son “Mançester Siti” görüşü idi. Hələlik bunun dadını çıxarmaq istəyirəm. Özümü burada evimdəki kimi hiss edirəm. Ümid edirəm çempion olacağıq”.
Xatırladaq ki, Salahın müqaviləsi “Liverpul”la yayda başa çatır.