“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə çempionatının 10-cu turunun ev oyununda “Brayton” üzərində qələbədən sonra sosial şəbəkədə paylaşım edib.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqada birinci sıraya yüksələn “qırmızılar”ın futbolçusu bunları yazıb:
“Cədvəlin başında bu klubun olması lazımdı. Bütün komandalar matçlarda qalib gəlir, amma nəticədə yalnız biri çempion olur. Bizim istədiyimiz budur. Dəstəyiniz üçün təşəkkür edirik. Nə olursa olsun, “Enfild”də qol vurmağın necə olduğunu heç vaxt unutmayacağam”.
32 yaşlı Salahın “Liverpul”la müqaviləsi 2025-ci ilin yayında başa çatır.