“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə çempionatının 15-ci turunun “Everton”la təxirə salınmış matçında (2:2) qol vurub və məhsuldar ötürmə edib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu cari mövsüm13 səfər oyununda 13 qol vurub və 9 məhsuldar ötürmə edib. 32 yaşlı hücumçu Premyer Liqa tarixində səfər oyunlarda bu nəticəni göstərən ilk futbolçu olub.
Salah bu göstəricidə “Nyukasl”ın hücumçusu Endi Koulun rekordunu qırıb.