27 Fevral 2025
Dünya futbolu

Salah gedir, yerinə nigeriyalı gəlir

“Atalanta”nın hücumçusu Ademola Lukman karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Liverpul” futbolçunun xidmətində maraqlıdı. Baş məşqçi Can Pyero Qasperini ilə problem yaşayan nigeriyalı komandadan ayrıla bilər.

“Qırmızılar” isə Lukmanı heyətinə qatmaqda israrlıdı. Mersisayd təmsilçisi 27 yaşlı forvardı mövsümün sonunda müqaviləsi başa çatan Məhəmməd Salahın əvəzləyicisi kimi düşünür.

Ulduz futbolçu meydana çıxdığı 29 rəsmi matçda 17 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43