"Qalatasaray"ın "Kayserispor"dan transfer etmək istədiyi Salih Dursunun keçidi rəsmiləşməyə doğru gedir.
Futbolçu əlində "Cim-Bom"un formasını tutaraq şəkil çəkdirib. Bundan başqa Salih bu keçidi haqda bunları deyib:
"Uşaqlığdan xəyal etdiyim arzuları gerçəkləşdirdim. Hal-hazırda çox xoşbəxtəm. "Qalatasaray"ın formasını bu gənc yaşda geyinmək məni çox həyacanlandırır. Xüsusilə Avropada forma geyinəcəyim üçün çox şadam. Bundan sonra Türkiyə və Avropada uğurlara imza atmaq üçün çalışacam."