“Zirə” transfer pəncərəsinin son günü heyətini daha bir futbolçu ilə gücləndirib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Salvador yığmasının hücumçusu Nelson Bonilla ilə 2 illik müqavilə imzalanıb.
24 yaşlı Bonilla karyerasına ölkəsində “Alianza” klubunda başlayıb. Ötən il Rumıniyanın “Viitorul” klubuna transfer olunan Nelson 25 oyunda 7 qola imza atıb.
Hücumçu Salvador yığmasında da eyni sayda qolun müəllifidir. O, yığma komanda ilə 2013-cü ildə Kosta Rikada keçirilən Mərkəzi Amerika Oyunlarının bürünc medalını qazanıb.