27 Fevral 2025
Ölkə futbolu

“Şamaxı” ilə matç bizim üçün final oyunudur”

“Səbail” Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində “Qarabağ”a 1:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

İdmanxeber.az xəbər verir ki, “dənizçilər”in məşqçisi Elvin Məmmədov matçdan sonra görüş barədə fikirlərini bildirib:

“Kubok bizim üçün təcrübə idi. Uşaqlara təşəkkürümüzü bildiririk. Son matçlarda oyunumuzda inkişaf var. İntizamlı oynayırıq. Bu da bizi sevindirir. Qarşıda çempionat oyunumuz var. Ona hazırlaşırıq.

Məqsədimiz Premyer Liqada qalmaqdır. “Şamaxı” ilə matç bizim üçün 6 xallıq final oyunudur. “Səbail” ailəsi olaraq bunun fərqindəyik. Xallar yığaraq liqada qalmaq istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43