“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
İdmanxeber.az xəbər verir ki, bölgə təmsilçisi qapıçı Kamal Bayramovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qolkiperlə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Şamaxı” bunadək Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov, Belajdi Pusi, Brahim Konate və Georgi Kantariyanı heyətinə qatıb.