16 Sentyabr 2024
Ölkə futbolu

“Şamaxı” Küveyt klubu ilə yoxlama oyunu keçirəcək

“Şamaxı” klubunun təlim-məşq toplanışı çərçivəsində yoxlama matçı keçirəcəyi daha bir rəqibin adına aydınlıq gəlib.

İdmanxeber.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Küveytin “Əl-Yarmuk” klubu ilə qarşılaşacaq.

Oyun iyulun 26-da, saat 17:00-da Qəbələ şəhər stadionunda start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43