“Şamaxı” klubu futbolçusu Rəhman Daşdəmirovla müqaviləni yeniləyib.
İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, oyunçunun sözləşməsinin müddəti bir il artırılıb.
22 yaşlı müdafiəçi 2021/2022 mövsümündə əsas komanda ilə 6 matça çıxıb.
Bundan başqa, “Şamaxı” qapıçısı Stanislav Namaşko ilə də müqavilənin müddətini uzadıb.
Klub moldovalı qolkiperin sözləşməsinin daha bir il artırılması barədə qərar verib.