16 Yanvar 2025
Kateqoriyasız

“Şamaxı” onunla müqaviləni pozdu

“Şamaxı” futbolçusu Samir Qurbanovla yolları ayırıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qurbanova göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, bu ilinin yayından “Şamaxı”da çıxış edən 21 yaşlı yarımmüdafiəçinin klubla 2023-cü ilin iyununa qədər müqaviləsi var idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43