22 Fevral 2025
Ölkə futbolu

Şamaxı stadionunda SON DURUM – “Turan Tovuz” oyunu təxirə salınacaq? – FOTOLAR 

Şamaxı Olimpiya Kompleksinin stadionunun meydançası qar altında qalıb.

Klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov İdmanxeber.az-a bildirib ki, səhər saatlarından canlı qüvvə və texniki vasitələr meydançanı təmizləmək üçün işə cəlb edilib.

O, hazırda “Turan Tovuz” matçının təxirə getməsi üçün heç bir səbəb olmadığını da vurğulayıb. “Şamaxı” – “Turan Tovuz” matçı fevralın 23-də, saat 14:30-da start götürəcək 

Stadiondan fotoları təqdim edirik:

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43