Kateqoriyasız

Şamaxıda futbol festivalı keçirildi

AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhər stadionunda futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etmək məqsədilə kütləvi futbol festivalı keçirilib.

İdmanxeber.az xəbər verir ki, festivalda 120 nəfərə yaxın qız və oğlan uşaqları iştirak edib.

Festival zamanı fərqlənən uşaqlara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən toplar hədiyyə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43