“Şamaxı” doğma meydanda Misli Premyer Liqasının XV turunda “Kəpəz”ə məğlub olub (0:1).
İdmanxeber.az-ın Şamaxıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yerli azarkeşlər komandanın gedişatından narazıdı. Onlar “Kəpəz” məğlubiyyətinin ardından istefa şüarları səsləndirib.
Xatırladaq ki, “Şamaxı” 13 xalla 8-ci pillədə qərarlaşıb. Komanda 8 oyundu qələbə qazana bilmir.