Ölkə futbolu

“Sambaçılar” “Neftçi”ni pis vəziyyətdə qoydu

Premyer Liqanın 17-ci turunda sabah doğma meydanda "Qəbələ"ni qonaq edəcək olan "Neftçi"də ciddi itkilər var.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə idmanxeber.com-a açıqlamasında bildirib ki, komandanın iki aparıcı müdafiəçisi – Bertuççi və Denis Silva sarı kart limitini doldurduğu üçün prinsipial matçda meydanda olmayacaq.
Klub rəsmisi onu da əlavə edib ki, bu iki futbolçudan başqa komanda da itki yoxdur.

Qeyd edək ki, "Neftçi" – "Qəbələ" matçı "Bakcell Arena"da keçiriləcək və saat 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43