Azərbaycan Premyer Liqasının XXVI turunun “Səbail” – “Sumqayıt” oyunundan (0:1) sonra qalib komandanın baş məşqçisi Samir Abasov mətbuat konfrasında çıxış edib.
İdmanxeber.az məlumat verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bildirib:
“Futbolçularımı təbrik edirəm. Əzmkar qələbə idi. Bilmirəm, bu qələbəni bəxtə bağlamaq olar, ya yox? Birinci hissə başlayanda oyun bizim nəzarətimizdə idi. Əfsuslar olsun ki, fərqi artıra bilmədik. İkinci hissədə rəqibin təzyiqini gözləyirdik. Futbolçularıma da əsəbiləşdim. Rəqibin təzyiqindən sonra bəzi oyunçular öz oyunlarından çıxırdılar. Belə problemləri düzəldəcəyik. Uşaqlara təşəkkür edirəm”.
“Heyətdə formatı dəyişəndə bəzən sezilir. Çünki ilin əvvəlindən bir formatda oynayırsansa, onu əvəzedən oyunçuların olmalıdır. Rotasiyalar olsa da, format dəyişməsin, futbolçular özlərini rahat hiss etsin. Hər şeyi bir gündə istəyirik. Tez taktiki dəyişiklik problem yaradır. Bizim futbolçularçün format dəyişikliyi çətindir. Məğlub olduğumuz oyunun üstündə çox qalmaq istəmirəm. Lakin həmin oyunda ciddi səhvlərimiz də olmamışdı. Təsəvvür edin, uşaqlara cəmi 3 epizodu göstərmişdim. “Turan Tovuz” və “Kəpəz”lə oyundakı məğlubiyyətin nədən qaynaqlandığını deyə bilmərəm. Desəm, rəqiblərə məlumat vermiş olacam. Bu mərhələləri keçmək üçün ehtiyat skamyan güclü olmalıdır. Futbolçuların gücləri bərabər olmalıdır. Gəlin, başqa şeyləri danışmayaq. Komandalar arasında uçurum yox idi. Bu gün məğlub olacaqdıqsa, problem olmazdı. Çünki yeni qurulan komandaya onurğa yaradırıq. Stabil komanda qurmaq fikrindəyəm. Bu gün qələbə, harasa düşmək kimi planımız yoxdur. Uduzsaydıq, psixoloji pozuntu ola bilərdi. Psixologiyası zəif olan oyunçuya nəyisə izah etmək çətindir”.