15 Oktyabr 2024
Ölkə futbolu

Samir Abasov: “Ardıcıl məğlubiyyətdən sonra səfərdə qələbə qazana bilərdik”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Neftçi” oyunu (1:1) sonrası mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis qarşılaşmanı belə şərh etdi:

“”Bir az məyusuq. O da itirdiyimiz xallara görədir. Ardıcıl məğlubiyyətdən sonra səfərdə qələbə qazana bilərdik. Bu da yenidən ayağa qalxmaq üçün stimul olardı. Referiden də xoşum gəlmədi. Onun qərarları da bizi xallardan etdi. Yanılmıram. Dəfələrlə epizodlara baxdım. Roy Kehatın epizodunda təmiz penalti verilmədi. Son nöqtələrdə keyfiyyət məsələsinə görə xallardan olduq. “Neftçi” kimi komanda ilə görüşdə epizodlar da olur qapında. Biz də epizodlar əldə etdik. Son olaraq, futbolçunun üzərinə düşən rahatçılıq var idi. Orada axsadıq. Bu bizim üçün başlanğıcdır. Faciə yox idi. Öz gücümüzə inanırıq. Azarkeşlərimizə təşəkkür edirəm. Xallar itirmişdik, oyunlar da ruhsuz oyunlar idi. Məşqçilər və futbolçular ruhsuz idi. Amma azarkeşlərimiz bizimlə birlikdə oldu. İstəyirdim ki, qalib gələk. Əssuslar olsun ki, olmadı. Ən yaxşısına çalışacağıq. Söz verirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43