“Neftçi” hər zaman “Neftçi”dir. Bu rəqibə qarşı oynamaq hər bir futbolçuya zövq verir. Bu matç hər bir oyunçunun qiyməti, karyerası üçün önəmlidir. Futbolçular bunu dərk edirdilər. Onlara təşəkkür edirəm. 90 dəqiqə ərzində sübut etdik ki, rəqibdən heç də zəif deyilik. Futbolçularıma təşəkkür edirəm. Onlar üçün böyük addım olacaq. Demək ki, komandamız futbol oynaya bilir, futbolçuların potensialı üst səviyyədədir. Bu qələbə bizi ancaq irəliyə doğru aparacaq. Hansısa eyforiyadan söz gedə bilməz. Hər oyuna maksimum hazırlaşacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 16-cı turunun “Neftçi”(2:0) ilə görüşündən sonra mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:
“Biz ailə olaraq “Neftçi”liyik. Kaş ki, atam bugünkü oyunu görərdi. Karyeram ərzində necə yanımda olubsa, indiki uğuruma da çox sevinərdi. Baxmaraq ki, “Neftçi”lidir. onun olmaması mənim üçün çətindir. “Neftçi” üzərində qələbəni atama həsr edirəm. Onun üzərimdə böyük əməyi var.
“Zirə”, “Şamaxı” və “Neftçi”yə qarşı oynadığımız demək olar ki, eynidir. Sadəcə bu gün daha çox istək var idi. Bu istəyə görə Allah da bizə qələbəni bəxş etdi”.
O, komandanın qış transfer dönəmində hansı mövqeləri güclədirəcəyi ilə bağlı suala belə cavab verib:
“Bu barədə düşünmürük. Təbii ki, məşqçilər korpusu bu haqda materiallar toplayırlar. Biz hər oyun maksimum nəticə üçün oynayırıq. Qışda pauza olacaq. Digər futbolçular haqda düşünməyə vaxtımız var. Bugünkü gündə heyətimdə hansı futbolçular varsa, çalışacam ki, onlarla işimi davam etdirim”.