Samir Abasov ikinci dəfə “Neftçi”nin baş məşqçisi təyinatı və görəcəyi işlər haqda danışıb.
İdmanxeber.az-ın məlumatına görə, o, “Neftçi TV”yə verdiyi müsahibədə özünü evdəki kimi hiss etdiyini bildirib:
“Hisslərimi ifadə etmək çox çətindir. Düzdür, baza təzədir, əvvəl digər bazada idik. Amma elə bil heç buranı tərk etməmişdik, ab-hava eyni qalıb. Buranı tərk etməmiş kimi qayıdırıq. Qayıdanda hiss edirdik ki, öz evimizə qayıdırıq. Çox xoşbəxtəm ki, buraya qayıtmışam”.