Kateqoriyasız

Samir Abasov: “İlk qol “Neftçi”nin qapısına vurulsaydı, saatlarla VAR-a baxılardı”

“Məğlubiyyətə görə üzülürük. Komandamın oyunundan razıyam. Hər iki hissədə yaxşı oynadıq. Getdikcə daha güclü olacağıq. Yeni oyunçularımıza oyunu tutmaq üçün bir az vaxt lazımdır. Futbolçularımı təbrik edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Neftçi”yə məğlub olduqları oyunu (0:2) şərh edərkən deyib.

Təcrübəli mütəxəssis daha sonra sözlərinə bela davam edib:

“Komanda olaraq rəqibdən daha yaxşı idik. “Neftçi”dən zərrə qədər çəkinmirik. Son zərbə anlarında da çatışmazlıqlar var. Əks halda qollar da vura bilərdik. Neçənci oyundur, mərkəz müdafiəçisiz oynayırıq. Bu da təsir edir. İkinci qolda qayda pozuntusu var idi. Amma əmin deyiləm. İlk qol “Neftçi”nin qapısına vurulsaydı, saatlarla VAR-a baxılardı. Rəqib futbolçulara bir neçə qırmızı vərəqə də verilə bilərdi. Amma bəzi məqamlarla bağlı tam əmin də deyiləm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43