16 Sentyabr 2024
Ölkə futbolu

Samir Abasov: “İnanıram ki, azarkeşlərimiz stadionu dolduracaq”

“Sabah bizi maraqlı və ağır oyun gözləyir. Öz meydanımızda oynayırıq. Matça maraq böyükdür. İnanıram ki, azarkeşlərimiz stadionu dolduracaq. İndi nəsə demək çətindir. Mövsümdə ilk oyunumuzdur. Vacib matçdır. Bir ildir bunun üçün mübarizə aparırıq. Sabah meydana ümidləri doğrultmaq niyyəti ilə çıxacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Konfrans Liqası II təsnifat mərhələsi çərçivəsində keçirəcəkləri “Fehervar” oyunu öncəsi deyib. O, daha sonra belə davam edib:

“Mətbuatda çıxan xəbərlərə köklənməmişik. Bilirik ki, “Fehervar” necə çətin komandadır. Onların bir neçə oyununa baxmışıq. Komandaya gələnləri də nəzərə almalıyıq. İnanmıram ki, “Fehervar”da baş verənlər sabah həlledici olacaq. Ən önəmli faktor öz oyunumuzdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43