“Neftçi”nin baş məşqçisi Samir Abasov komandanın oyun tempini bəyənmir. Təcrübəli mütəxəssisin oyunçulardan əsas tələbi sürətli oynamalarıdı.
Abasov komandanın çox yavaş oynadığını düşünür. O, futbolçulara müdafiədən daha sürətli çıxmalarını, topla çox ləng davranmamağı tələb edir.
Təcrübəli mütəxəssis hazırlıq zamanı da oyunçulara ən çox bu məsələdən danışır. O, tez-tez məşqi saxlayaraq, futbolçulara bu məsələdə ciddi irad bildirir.
Abasov fiziki hazırlığını düzəltməyən, oyun tempinə ayaq uydura bilməyənləri komandada düşünmədiyini bildirib.
İdmanxeber.az