Ölkə futbolu

Samir Abasov: “Niyə Tovuza xarici VAR hakimi göndərilmədi?”

“Sona bir tur qaldı. Həmin oyunda qalib gələ bilərik, ya yox, onu gələn həftə biləcəyik. Bizim avrokuboklara gedib-getməyəcəyimiz “Qəbələ”dən asılıdı. Onlar istəyərsə, biz gedərik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Sabah”la oyundan sonra deyib.

Təcrübəli çalışdırıcı daha sonra hakimliklə bağlı danışıb:

“Bu gün “Sabah”ın hakim hesabına qələbə qazandığını desəm, haqsızlıq olar. Hakimlərə bu gün nə deyirlər, onlar da onu edir. Sizə bir şey deyim, niyə Tovuza xarici VAR hakimləri göndərilmədi? Ora uzaqdı deyib, göndərmədilər. Gördülər yenə “Sumqayıt” yuxarılardadı… Çox şey danışmaq olar, məni danışdırmayın”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43