“Rəqibi təbrik edirəm. Azlıqda qalmalarına baxmayaraq, layiqli qələbə qazandılar. Yəqin nəyisə səhv etdik ki, uduzduq. Ümumiyyətlə, bu gün “Qarabağ” kimi komandaya qarşı oynamağa hazır olmadığımızı göstərdik. Bacardığımız bu idi. Rəqib bütün oyuna nəzarət etdi”.
Idmanxeber.com-un məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqanın 12-ci turunda “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
O, meydana uduzmaq üçün çıxmadıqlarını bildirib: “Mübarizə apardıq. Bəlkə də, futbolçular “Qarabağ”ın adından çəkindi. Bəlkə də, rəqib 10 nəfərlə qaldıqdan sonra fərqli oyun sərgiləməli idik. Bu gün “Qarabağ” digər klubları aşkar üstələyir. Turnir cədvəlində onlardan çox da geri deyilik. Lakin oyunda onlardan aşkar geri qaldığımız meydanda göründü”.