“Neftçi”nin baş məşqçisi Samir Abasov komandadakı bəzi futbolçuların performansından narazıdı.
İdmanxeber.az-a verilən məlumata görə, təcrübəli mütəxəssis Rafael Quzzo və Dembo Darbonun çıxışını bəyənmir. Abasov iki futbolçunun da səviyyəsindən çox aşağı oynadığını rəhbərliyə bildirib.
Ancaq futbolçuların göndərilməsi o qədər də asan olmaycaq. Hər iki oyunçu komandaya yayda qoşulub və iki illik müqaviləyə qol çəkiblər.
Bu səbəbdən də qışda onları komandadan göndərmək çətin görünür. Darbo və Quzzo ancaq uyğun təklif olarsa, komandadan ayrıla bilər. Bu da hazırda real görünmür.