“Əlimizdəki heyətə uyğun davrandıq. Bunun nəticəsi də artıq meydançada görünür. Riskı getməli oluruq, lakin daha az səhblərə yol veririk”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov “Sumqayıt” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Sizdən qabaq Vaqif Cavadov qeyd etdi ki, penalti haqsız idi. Bəs, siz necə düşünürsüz?
– Mən epizoda baxmamışam. Penalti haqda nə isə deyə bilmərəm. Oyuna gəldikdə, bu barədə danışmaq çətindir. Bizim yaxşıya getdiyimiz durumda əlverişli deyildi şərait. Qərar verməkdə futbolçularım da gecikirdi. Əsas odur ki, komandamdan razıyam. Şəraitə baxmadan can qoydular. Ozobiç daha düzgün qərar versəydi, bəlkə də daha tez məğlub edərdik.
– Komanda arasında olursuz. Hiss edirsiz ki, son qələbələr psixoloji duruma təsir edir?
– Ümumiyyətlə, burada baş məşqçinin əməyi var ya yox olduğunu kənara qoyaq. Qələbələr özü komandaya motivasiya verir. Bizim istədiyimiz daha irəli getməkdi. Hazırda əhval-ruhiyyə həddən artıq yaxşıdır. Bu mənlə bağlı deyil.
– Yeni transferləriniz Sambo və Aleks haqda nə düşünürsüz?
– İlk oyunlarda futbolçu haqda qərar vermək mənim üçün çətindir. Üstəlik bu havada. Hər bir futbolçumuza inanırıq. Hərəsi bir oyun xeyir versə, bu da bizim qabağa getməyimizə kömək olacaq.
– Yuri Matiası etdiyi səhvlərə görə oynatmamaq barədə heç düşünmüsüz?
– Əsla olmayıb. Səhvlərin üzərində duran biri olmadığıma görə belə şeylər olmayıb. Amma qorxumuz da olub. Adicə sonlara doğru Alfa Kontenin epizodunda belə qorxdum.
– Ramil Şeydayev xeyli vaxtdır ki, əsas heyətdə oynamır. Bu gün isə ümumiyyətlə meydanda olmadı. Problemi nədir?
– Rəqabətdə heç bir problem yoxdur. Sadəcə əlimizdəki heyətlə daha yaxşısını etmək istəyirik. Çalışırıq ki, hər bir futbolçunu növbəti oyuna yaxşı hazırlayaq.