08 Sentyabr 2024
Ölkə futbolu

Samir Abasov: “Qırmızı vərəqə olmasaydı, nəticə fərqli olardı”

“Sumqayıt” Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda “Fehervar”a 1:2 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında görüş barədə bunları deyib:

“Oyunun əvvəlində çətin vəziyyətlə üzləşdik, azlıqda qaldıq. Buna görə hərəkət etməli idik. Bütün planlarımız alt-üst oldu. Qol vurduq, yaxşı oynamağa başlamışdıq. İstəmədiyimiz hal baş verdi. İkinci oyun bundan da çətin olacaq. Üstünlük rəqibdədir. Amma bəzi yaxşı epizodların üzərində dayanıb futbolçuları cavab oyununa yaxşı kökləməyə çalışacağıq.

Qırmızı vərəqə olmasaydı, nəticə fərqli olardı. Ümidlərimiz də fərqli olardı. İndi həddindən artıq problemlər yaşayırıq. Bizim komandamız budur. Qırmızı vərəqə olmasaydı, yenə bu heyət oynayacaqdı. Heyətlə bağlı çətinliklərimiz var. 3-4 günümüz qalıb, bəzi mövqelərdə dəyişiklik etmək məcburiyyətindəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43