“Əsas uduzmadıq. Bu cür komandalara qarşı uduzmamaq motivasiyadır. Bu, qarşıdakı oyunlara hazırlanmaq üçün də yaxşı stimuldur”
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçidi Samir Abasov “Qarabağ”a qarşı səfərdə keçirilən oyundan sonra deyib. O, daha öncə belə davam edib:
“İlk hissə çox yaxşıydıq. Bütün cəhətlərdə rəqibi üstələdik. Ancaq ikinci hissə biraz fərqli oldu. Hərhalda bugünkü nəticə bizi üzmədi. Belə nəticələr biz məşqçilərə də yaxşı təsir edir. Əməyimizin boşa getmədiyini görürük. Görüləcək işlərimiz çoxdur. Biz ən yaxşı olacağıq”