30 Noyabr 2021
Kateqoriyasız

Samir Abasov: “Risk edə bilərdik, amma mövsümün son oyunu deyildi”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın VII turunun “Sumqayıt”la oyunundan sonra mətbuat konfransında fikirlərini bildirib.

O, 1:1 hesablı heç-heçəni belə şərh edib:

“Yaxşı oyun keçdi. Bu cür oyunların ssenarisi belə də gedir. Vaxtında qol vuranda qalib gəlirsən, qol vurmursansa çətinliklərlə üzləşirsən. Rəqibin qolundan sonra təşvişə düşmədik. Dərhal da qolumuzu vurduq. İstənilən halda uşaqlar özünəinamlı oldular, pis oynamadılar. Onsuz da güclü rəqibə qarşı oynayacağımızı bilirik.

Rqib qapalı futbol oynayırdı. Qol vurmalı idik. Təəssüf ki, qalib gələ bilmədik. Amma nəticə məni üzmür. İşimiz çoxdu. Daha çox işləyib, oyunumuzun keyfiyyətini daha da yaxşı edə bilərik. Risk edə bilərdik, amma mövsümün son oyunu deyildi. Rəqib təhlükəli hücumlar edirdi. Bunu da vurduqları qolla göstərmək olar. Ramon Maçado son dəqiqədə qol vursaydı, qalib gələ bilərdik.

Biz “Neftçi”yə gələndən sonra Sumqayıtda komandamızın azarkeşləri çoxalıb. Onlara təşəkkür edirəm. Gələcəkdə də onları sevindirməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” – “Partizani” oyununun biletləri satışda

admin

“Sabah”ın Gürcüstandakı rəqiblərindən biri məlum oldu

admin

Qərarlar açıqlandı: AFFA Koçuk və Emrelini cəzalandırdı

admin