“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçına itkilərlə çıxacaq.
İdmanxeber.az-a verilən məlumata görə, baş məşqçi Samir Abasov 3 futbolçunun xidmətindən yararlana bilməyəcək. Robert Bauer xəstələndiyi üçün bu görüşü buraxacaq. Rafael Quzzo ilə Andrey Ştoqrin isə zədədən yeni qayıdıb.
Hər iki futbolçu zədəsini sağaltsa da, baş məşqçi risk edib onları meydana buraxmayacaq.
Xatırladaq ki, “Neftçi” sabah saat 19:30-da “Kəpəz”lə üz-üzə gələcək. İlk matç “Flaqman”ın 2:0 hesablı qələbəsi ilə bitib.