“Neftçi”nin baş məşqçisi Samir Abasov “Sumqayıt” matçı (0:2) sonrası mətbuat konfransı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis sumqayıtlı azarkeşlərin ona qarşı tənqidi fikirləri barədə danışıb. O, Sumqayıtda belə qarşılanmağına bu cür reaksiya verib:
“Bu, mənim və azarkeşlərin arasında olan şeydir. Buna müdaxilə olunmağını istəmirəm. Dünya futbolunda belə hallar çox olur. Normal qəbul edirəm. Öz komandalarını dəstəkləyirlər və yolu da bəlkə, bu idi. Açığı, azarkeşlərlə bağlı məşqçilik karyeramda səhvlər olub. Bu, dərs olub və fanatlarla bağlı təmkinli olmağa çalışdım. Oyunun içində olan şeylərdir və artıq bunu unutdum. Bilirəm bunlar haradan irəli gəlir, kimlər elətdirir. Çox yaxşı bilirəm. Futbolda olan şeylərdir. Canları sağ olsun”