“İkinci hissədə qol vurmaqçün çox əziyyət çəkdik. Əfsuslar olsun ki, alınmadı. Buna yaxşı oyun deməzdim. Lakin bəzi futbolçular yaxşı təsir bağışladılar. Oyunumuzda yaxşı dinamika var idi. Bizim məqsədimiz başqadır. Ən əsas da Konfrans Liqasında mübazirə aparan komandalara bərabər kollektiv yaratmaq istəyirik. Durduğumuz yerdə yol verdiyimiz top itkiləri, ağlasığmaz məqamlar bizə baha başa gəldi. Bir-iki futbolçu əgər oyundan qopursa, gərək o balansı qoruya biləsən. Çempionat hələ təzə başlayıb. Ümid edirik ki, hər şey yaxşı olacaq.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
– Ehtiyat oyunçular skamyanızda oyunu gücləndirə biləcək futbolçular yox idi…
– Oyunu müdafiə fazasında qoruyub saxlamağa çalışdıq. Transfer yoxdursa, belə də oynayacağıq.
– Kurban Berdıyevin gəlişindən sonra “Turan Tovuz”un oyununda hansı dəyişiklik hiss edirsiniz?
– Biz ona fikir vermirik. Çempionatın əvvəlidir. “Turan Tovuz” zamanla həddindən artıq güclü komandaya çevrilə bilər. Bu barədə indidən hansısa fikir bildirmək istəmirəm.
– 54-cü dəqiqədəki epizodla bağlı nə deyə bilərsiz? Sizcə, hakim hansı qərar verməli idi?
– Mətbuat katibimiz bildirdi ki, bu, təmiz qırmızı vərəqə idi. Baş hakim bunu görməyə bilər, bəs VAR nə üçündür?