Kateqoriyasız Ölkə futbolu

Samir Abasovdan müəmmalı qərar: İki oyun qol vurdu, bir aydan çoxdu oynamır

“Neftçi” futbolçusu Fəhmin Muradbəylini icarəyə verməyi düşünür.

İdmanxeber.az-ın əldə etdiyi məlumatına görə, Premyer Liqanın ilk iki turunda qol vuran 25 yaşlı futbolçu bir aydan çoxdur ki, forma şansı tanımır.

“Ağ-qaralar”ın baş məşqçisi Samir Abasov futbolçunun çıxışından razı deyil və onun daimi oynaması üçün başqa komandaya icarəyə verilməsinə müsbət baxır.

Qeyd edək ki, “Neftçi” yetirməsi olan Fəhminin müqaviləsini 2023-cu ilə kimi artırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43