Kateqoriyasız

Samir Abasovun 150-ci oyunu

“Neftçi”nin baş məşqçisi Samir Abasov karyerasında 150-ci oyununu keçirib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 24-cü turunun “Sabah”la görüşünə təsadüf edib.

2:2 hesablı heç-heçə mütəxəssisin baş məşqçi karyerasında 38-ci sülh olub. “Neftçi”yə qədər “Sumqayıt”la “Zirə”ni çalışdıran Abasov 55 qələbə və 57 məğlubiyyətə şahidlik edib. 150 oyundan 133-ü Premyer Liqa, 17-si ölkə kubokunda olub.

Qeyd edək ki, Samir Abasov “Neftçi”ni 17, “Zirə”ni 37, “Sumqayıt”ı 96 matça çıxarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43