Dünya futbolu

Sampaoli “Barselona”nı çalışdırmayacaq

“Sevilya”nın baş məşqçisi Xorxe Sampaoli növbəti mövsümdən “Barselona”nı çalışdırmayacaq.

Belə bir iddia ilə İspaniyanın nüfuzlu “Marca” nəşri çıxış edib.

İspan həmkarlarımız iddia edir ki, cari mövsüm “Sevilya”nın uğur çıxışına və Kataloniya klubunun rəhbərliyi ilə yaxşı münasibətdə olmasına baxmayaraq, Sampaoli heç vaxt “Barselona”nın baş məşqçi postuna namizəd olmayıb.

Klub rəhbərliyi Luis Enrikeni komandanı yaxından tanıyan məşqçi ilə əvəzləmək istəyir. Bu səbəbdən də hazırda “Barsa”nın baş məşqçi vəzifəsinə 2 namizəd var: “Atletik”in çalışdırıcısı Ernesto Valverde və Luis Enrikenin əvəzləyicisi Karlos Unsue.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43