Avroliqa çərçivəsində keçirilən “Neftçi” “Çixura” oyunundan sonra rəqib komandanın baş məşqçisi mətbuat konfransında iştirak edib.
İdmanxeber.com-un məlumatına görə, Samson Pruidze bu sözləri deyib:
“Neftçi” güclü komandadır və ölkədaxili böyük titullara malikdir, gözəl baş məşqçisi və səviyyəli futbolçuları var. Amma Pruidze ilk oyunu komandası üçün uğurlu sayıb: “Uğur bizim tərəfdə oldu. Bir çox qol imkanımız olsa da, fərqlənə bilmədik. Bu oyun geridə qaldı. Cavab oyununa daha ciddi hazırlaşacağıq”.