İdman

“Samtredia” – “Qarabağ” matçının başlama saatı məlum oldu

Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ”ın II təsnifat mərhələsində “Samtredia” səfər matçının başlama saatı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, iyulun 18-də Tiflisdə baş tutacaq cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da start baş tutacaq. Qarşılaşma Boris Payçadze adına “Dinamo” stadionunda keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” – “Samtredia” matçının ilk dueli iyulun 11-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyunun start fiti 21:00-da səslənəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43