17 Sentyabr 2024
Ölkə futbolu

Santuşun bu qərarı müzakirələrə yol açdı – səbəb bəllidir

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun Millət Liqası ikinci turunda səfərdə Slovakiya oyununda (0:2) heyət seçimi müzakirələrə səbəb olub.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssisin sağ cinahda Amin Seydiyevə forma verməsi narazılıq yaradıb. Xüsusəndə həmin mövqedə Qismət Alıyevin olması və futbolçunun meydana çıxmaması səbəbindən azarkeşlər Santuşu tənqid edir.

Alıyev İsveç oyununda da iştirak etməmişdi. Düzdür, həmin görüşdə oyunçu zədəli idi. “Zirə”nin kapitanı “Qarabağ”la görüşdə sıradan çıxdığı üçün İsveçlə matçı kənardan izlədi.

Ancaq Slovakiya görüşündə futbolçu tam hazır olsa da, portuqaliyalı çalışdırıcı ona şans vermədi. Buna səbəb baş məşqçinin müdaifəçini risk etmək istəməməsi olub. Santuş onun yenidən zədə almasından ehtiyat edib.

Bərbad oyun keçirən Seydiyevin əvəzinə isə meydana “Qarabağ”da çox az forma şansı alan Abbas Hüseynov daxil olub. Qismət Alıyev isə matçı ehtiyat skamyasından izləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43