18 Fevral 2025
Kateqoriyasız

Saşa Stamenkoviç: “Onlar bu görüşdə öz işlərini gördülər”

Avropa Liqasının pley-off mərhələsinin “Partizan”la ilk oyunundan (2:3) sonra “Neftçi”nin qolkiperi Saşa Stamenkoviş mətbuata açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Stamenkoviç oyundan narazı qaldığını bildirib:

“Partizan”ın oyunçularına və məşqçilər heyətinə təşəkkür edirəm. Çünki onlar bu görüşdə öz işlərini gördülər. Bu komandaya son dərəcə hörmətlə yanaşıram.Nəticədən narazı qaldım. Çünki hesab 2:0 olarkən biz daha çox qol vura bilərdik. Məğlubiyyətə baxmayaraq, mərhələ keçmək şansımız qalır. Favorit “Partizan”dan daha çox şey gözləyirdim. Qrup mərhələsinə düşmək üçün yaxşı şansımız var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43