29 Sentyabr 2024
Kateqoriyasız

Saşa Stamenkoviçi heç kəs bəyənmir

“Neftçi”nin yollarını ayırdığı təcrübəli qapıçı Saşa Stamenkoviç bir sıra klublarda baxışdan keçib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli qapıçı klub axtarışını davam etdirir.

30 yaşlı serbiyalı qolkiper bir müddət öncə Rusiyanın “Krılya Sovetov” klubunda baxışda olsa da, görünür tərəflər razılığa gələ bilməyiblər.

Qeyd edək ki, hazırda isə o, Yunanıstanın “Kerkira” klubunda baxışdadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43