Müsahibə

Saşa Yunisoğlu: “Bu barədə hələ heç birimiz düşünmürük”

I Divizionun 24-cü turunda “Səbail” səfərdə “Zaqatala”nın qonağı olub – 1:1.

Matçdan sonra “Səbail”in kapitanı Saşa Yunisoğlu idmanxeber.com-un əməkdaşının suallarını cavablandırıb:

– Məncə, oyun çox maraqlı keçdi. “Zaqatala” çox güclü komandadır. Biz bz bunu bilirdik. Özünüz də gördünüz ki, oyunun ilk dəqiqələrindən bir neçə təhlükəli epizodları oldu və nəticədə hesabı da açdılar. İlk hissədə zəif çıxış etdik, amma ikinci yarıda daha yaxşı oyun nümayiş elətdirib hesabı bərabərləşdirdik. Məncə, biz bu gün 2 xal itirdik. Çünki çox gözəl oynayırdıq.

Bildiyimə görə, “Turan Tovuz” da bu gün çempion olub. Onları da təbrik edirəm.

– Yəqin bilirsiz ki, komanda Premyer Liqada çıxış etdiyi zaman avrokuboklara vəsiqə qazansa da, iştrak edə bilməyəcək. Bu, futbolçularda ruh düşkünlüyü yaradacaqmı?

– Sözün açığı, bu barədə hələ heç birimiz düşünmürük. Bizim məqsədimiz PL-ə çıxmaqdı. Hələ bu barədə planlarımız yoxdur.

– Premyer Liqada 2 iddialı klubun kapitanı olmusuz. Hal-hazırda “Səbail”in kapitanısız. Premyer Liqa və divizion klubunda kapitan olmaq arasında nə fərq var?

– Əslində, heç bir fərqi yoxdu. Oyun zamanı futbolçularıma cavabdehəm. Mən kapitan olaraq hər zaman çalışıram ki, komandam daha yaxşı nəticə əldə etsin. Bunun üçün əlimdən gələni edirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43