Türkiyənin “Dənizlispor” klubu azərbaycanlı futbolçu Saşa Yunisoğlu ilə yollarını ayırıb.
İdmanxeber.com-un məlumatına görə, son günlərdə əsas heyətdə möhkəmlənə bilməyən Saşanın Dənizli klubundan göndərilməsi ilə bağlı klub prezidenti Mehmet Özsoy klub saytına açıqlamasında bunları söyləyib:
“Saşa Yunisoğlu ilə sözləşməmizi qarşılıqlı olaraq ləğv etdik. Bu futbolçumuzun “Dənizlispor”a verdiyi əməyə görə ona çox təşəkkür edir, futbol həyatında uğurlar arzulayıram”.